- Transfer
- 23:17 16.09.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qış transfer pəncərəsində sol ayaqlı mərkəz müdafiəçisi transfer etmək istəyir.
90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, Kataloniya klubunun sabiq baş məşqçisi Xosep Qvardiola idman direktoru Dekoya “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolun transferini təklif edib.
Xorvatiyalı futbolçunun Flikin müdafiə xəttində görmək istədiyi xüsusiyyətlərə sahib olduğu bildirilir. Qvardiolun Pau Kubarsi ilə birlikdə mərkəzdə effektiv tandem yarada biləcəyi qeyd olunur.
Məlumata görə, Kubarsinin oyunu oxumaq, rəqibin hücumlarını qabaqlamaq və hücumların başlanğıcında iştirak etmək bacarığı Qvardiolun sürəti, fiziki gücü və sərt müdafiə üslubu ilə uyğunlaşa bilər.
Qvardiolun müdafiə xəttinin arxasında geniş boşluq olan şəraitdə oynamağa alışması da “Barselona” üçün üstünlük hesab olunur. Kataloniya təmsilçisi yüksək müdafiə xətti ilə oynamağa üstünlük verir.
Transferin qarşısındakı əsas maneə isə futbolçunun qiymətidir. “Transfermarkt” Yoşko Qvardiolun bazar dəyərini 70 milyon avro qiymətləndirir. Lakin mümkün transfer məbləğinin daha yüksək ola biləcəyi bildirilir.
Qeyd edək ki, xorvatiyalı müdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2031-ci ilin ortalarına qədər qüvvədədir.