19 sentyabr 2026. Şənbə

“Çelsi” Estrevonu satmaq fikrində deyil


  • Transfer
  • 00:55 19.09.2026
  • Oxunma sayı: 31
“Çelsi” Estrevonu satmaq fikrində deyil

“Çelsi”nin vingeri Estevao Vilyanın yaxın gələcəkdə klubdan ayrılması gözlənilmir.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, 19 yaşlı futbolçu İngiltərə Premyer Liqasında kifayət qədər oyun praktikası əldə edə bilmir. Bunun əsas səbəbinin yeni baş məşqçi Xabi Alonsonun taktiki planlarına tam uyğun gəlməməsi olduğu bildirilir.

Son günlər mediada braziliyalı futbolçunun 117 milyon avroya “Liverpul”a transfer oluna biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Lakin “Çelsi” perspektivli futbolçunu satmaq niyyətində deyil. Klub rəhbərliyi Estevaonu gələcək layihənin əsas fiqurlarından biri hesab edir.

Qeyd edək ki, Estevao 2025-ci ilin yayında Braziliyanın “Palmeyras” klubundan “Çelsi”yə transfer olunub.







Transfer