- Transfer
- 22:26 20.09.2026
“Arsenal” yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, London klubunun Martin Zubimendinin mümkün ayrılığı fonunda orta sahəyə yeni futbolçu cəlb etmək istədiyi bildirilir.
“Arsenal”ın transfer siyahısında “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq da yer alıb. Niderlandlı futbolçu artıq Kataloniya klubunda toxunulmaz oyunçulardan hesab edilmir. Hans-Diter Flikin planlarında əvvəlki mövqeyini itirən 29 yaşlı yarımmüdafiəçinin satılması “Barselona” üçün də maliyyə baxımından sərfəli ola bilər.
Lakin Kataloniya təmsilçisi de Yonqu aşağı məbləğə satmaq niyyətində deyil. Klub futbolçunun transfer qiymətini ən azı 60 milyon avro müəyyənləşdirib.
“Arsenal” bu məbləğdən xəbər tutduqdan sonra de Yonqu transfer etməkdən imtina edib.
Qeyd edək ki, Frenki de Yonqun “Barselona” ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.