- Transfer
- 23:52 20.09.2026
“Arsenal”ın hücumçusu Viktor Qyökereş komandadakı vəziyyətindən narazıdır və qış transfer pəncərəsində klubdan ayrılmağa hazırdır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Caught Offside” məlumat yayıb.
İddialara görə, isveçli forvard “Milan”, “Yuventus”, “Əl-Əhli” və “Əl-İttihad”ın transfer hədəfindədir. Futbolçunun nümayəndələri artıq adıçəkilən klubların bəziləri ilə ilkin danışıqlar aparırlar.
“Arsenal”ın isəQyökereşi satmağa tələsmədiyi bildirilir. Bununla belə, London klubu qış transfer pəncərəsində yeni hücumçu almaq variantını nəzərdən keçirə bilər.
Qyökereş cari mövsümdə bütün turnirlərdə 5 oyunda meydana çıxıb və bu matçlarda məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.