21 sentyabr 2026. Bazar ertəsi

“Barselona” gənc müdafiəçi üçün hərəkətə keçdi


  • Transfer
  • 22:30 21.09.2026
  • Oxunma sayı: 9
“Barselona” gənc müdafiəçi üçün hərəkətə keçdi

“Barselona” müdafiə xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın “UmDois Esportes"ə istinadən məlumatına görə, Kataloniya klubu “Atletiko Paranaense”nin futbolçusu Artur Diası izləmək üçün skautlarını Braziliyaya göndərib.

Daha əvvəl mətbuatda “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin sol ayaqlı mərkəz müdafiəçisinin transferində maraqlı olduğu bildirilib.

19 yaşlı Artur Dias müdafiənin mərkəzində çıxış etməklə yanaşı, sol cinah müdafiəçisi mövqeyində də oynaya bilir.

“Transfermarkt” portalı gənc futbolçunun bazar dəyərini 3 milyon avro qiymətləndirir. Diasın “Atletiko Paranaense” ilə hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.







Transfer