- Transfer
- 22:36 21.09.2026
“Mançester Yunayted” yanvar transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün variantları nəzərdən keçirməkdə davam edir.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, klubun skautları izlədiyi futbolçular arasında Dortmund “Borussiya”sının hücumçusu Seru Quirassinin də adı var.
30 yaşlı forvard uzun müddətdir “Mançester Yunayted”in diqqətindədir. İngiltərə klubu 2023-cü ildə də Girassinin transferini nəzərdən keçirib. Lakin sonda “Atalanta”dan Rasmus Hoylund heyətə cəlb olunub.
Quirassi 2024-cü ildə “Borussiya”ya keçib. O, Dortmund təmsilçisinin heyətində keçirdiyi 102 matçda 64 qol vurub.
“Borussiya”nın isə hücumçunu satmaq niyyətində olmadığı bildirilir. Klub çempionluq mübarizəsində Quirassiyə güvənir.
Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümün əvvəlində keçirdiyi 4 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.