- Transfer
- 23:47 21.09.2026
“Mançester Yunayted” heyətini gücləndirmək üçün “Barselona”nın futbolçusuna göz dikib.
90deqiqe.Az-ın “Goal"a istinadən məlumatına görə, İngiltərə klubu Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Fermin Lopeslə maraqlanır.
Məlumata əsasən, “qırmızı şeytanlar” 23 yaşlı futbolçunun transferi üçün 150 milyon avro ödəməyə hazırdır.
Lakin “Barselona” Fermin Lopeslə yollarını ayırmaq niyyətində deyil. Futbolçunun özü də Kataloniya klubundan ayrılmaq istəmir.
Bildirilir ki, bu amil nəzərə alınaraq, “Mançester Yunayted”in hətta müqavilədəki satınalma bəndindən istifadə etməklə belə Fermin Lopesin transferini həyata keçirməsi çətin olacaq.
Qeyd edək ki, Fermin Lopes 2026/27 mövsümündə “Barselona”nın heyətində 7 oyuna çıxıb. O, bu matçlarda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.