- Transfer
- 23:10 22.09.2026
“Liverpul” yarımmüdafiəçisi Florian Virtslə yollarını vaxtından əvvəl ayırmaq niyyətində deyil.
90deqiqe.Az-ın “Football365"ə istinadən məlumatına görə, “Bavariya”nın 23 yaşlı futbolçuya maraq göstərməsinə baxmayaraq, İngiltərə klubu onun transferinə dair təklifləri nəzərdən keçirməyə hazırlaşmır.
“Bavariya” Virtslə yaxından maraqlanır və onun transferi üçün yeni təklif göndərmək variantını nəzərdən keçirir.
Bununla belə, “Liverpul” rəhbərliyi futbolçuya güvənir və zaman keçdikcə onun transfer üçün ödənilən məbləği doğruldacağına inanır.
Baş məşqçi Andoni İraola da almaniyalı yarımmüdafiəçiyə özünü göstərməsi üçün şans verməyə davam etmək niyyətindədir.
Virts 2025-ci ilin yayında “Bayer”dən təxminən 116 milyon funt-sterlinq qarşılığında “Liverpul”a keçib.