- Transfer
- 23:31 22.09.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Xulian Alvaresin komandanın hücum xəttini ciddi şəkildə gücləndirəcəyini düşünür.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis buna baxmayaraq argentinalı futbolçunun transferindən imtina etməyə hazırdır.
Flikin əsas prioriteti mərkəz müdafiəçisinin transferidir. O, yeni futbolçunun Pau Kubarsi ilə güclü tandem təşkil etməsini istəyir.
Bundan başqa, Flik sol cinah müdafiəçisi Alejandro Baldenin satılmasını məqsədəuyğun hesab edir. Kataloniya klubu bu transferdən əldə olunacaq vəsaiti müdafiənin mərkəzinə yeni futbolçu almaq üçün istifadə edə bilər.
Hücum xəttində isə Alvaresə ehtiyacın azaldığı bildirilir. Buna Rafinhanın hücumda daha ön mövqedə oynaması və Qabriel Jesusun komandaya qoşulması səbəb olub.
Qeyd edək ki, daha əvvəl “Barselona”nın qış transfer pəncərəsində Alvaresi yenidən heyətinə qatmağa çalışacağı barədə xəbərlər yayılmışdı. “Atletiko” isə yayda argentinalı hücumçunu satmaqdan imtina etmişdi.