- Transfer
- 23:31 22.09.2026
“Arsenal”ın hücumçusu Viktor Qyökereş qış transfer pəncərəsində London klubunu tərk edə bilər.
90deqiqe.Az-ın “Caught Offside"ə istinadən məlumatına görə, 27 yaşlı forvard komandadakı rolundan narazıdır və qışda ayrılmaq variantını nəzərdən keçirir.
İsveçli forvarda “Milan”, “Yuventus”, “Əl-Əhli” və “Əl-İttihad” klubları maraq göstərir. Lakin “Arsenal” yeni hücumçu transfer etməyəcəyi təqdirdə isveçli futbolçunu satmaq istəmir.
Qyökereş bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Qeyd edək ki, “Transfermarkt” portalı isveçli hücumçunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.