- Transfer
- 23:53 23.09.2026
“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “CFBayern Insider”ə istinadən məlumatına görə, Madrid “Real”ı 18 yaşlı futbolçunu transfer etmək istəyir.
Madrid klubu almaniyalı futbolçunun vəziyyətini yaxından izləyir və onun Münhen təmsilçisi ilə müqaviləsini uzadıb-uzatmayacağını öyrənmək istəyir.
Qeyd edək ki, Karl daha əvvəl Madrid “Real”ını arzusundakı klub adlandırıb.
Futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun bazar dəyəri isə 60 milyon avro qiymətləndirilir.
Lennart Karl ötən mövsüm bütün turnirlərdə 9 qol vurub və 9 məhsuldar ötürmə edib.