25 sentyabr 2026. Cümə

“Liverpul” Van Deykin varisi kimi Niderland millisinin müdafiəçisini istəyir


  • Transfer
  • 22:04 25.09.2026
  • Oxunma sayı: 42
“Liverpul” Van Deykin varisi kimi Niderland millisinin müdafiəçisini istəyir

“Liverpul” Vircil van Deykin mümkün gedişinə hazırlaşır və uzunmüddətli perspektivdə mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.

90deqiqe.Az-ın “Football Insider"ə istinadən məlumatına görə, 35 yaşlı futbolçu karyerasının, ən azı yüksək səviyyədə, sonlarına yaxınlaşır. Mersisayd təmsilçisi isə bu keçidə indidən hazır olmaq istəyir.

 “Liverpul” Vircil van Deykin Niderland millisindəki komanda yoldaşı Mikki van de Venin transferini planlaşdırır.

Mersisayd klubunun “Tottenhem”in mövsümə uğursuz başlamasından və hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşmasından yararlanmağa çalışacağı bildirilir.

25 yaşlı Mikki van de Venin transfer qiyməti “Transfermarkt” tərəfindən 50 milyon avro dəyərləndirilir.

Niderlandlı futbolçu həm mərkəz müdafiəçisi, həm də müdafiənin sol cinahında çıxış edə bilir.







Transfer