- Transfer
- 23:14 25.09.2026
PSJ-nin baş məşqçisi Luis Enrike heyətin gücləndirilməsi üzərində düşünür.
90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, ispaniyalı mütəxəssis hazırda “Arsenal”da çıxış edən yarımmüdafiəçi Martin Subimendinin Paris klubuna transfer olunmasını istəyir.
Məlumata əsasən, Subimendi Enrikeni müdafiədən hücuma çıxışı təşkil etmək, təzyiq altında oynamaq və komandanı geridən dəstəkləmək bacarığı ilə cəlb edir.
“Subimendi müdafiədən çıxışı təşkil etmək, təzyiq altında oynamaq və komandanı dərinlikdən dəstəkləmək bacarığına görə Enrikeyə çox xoş gəlir”, - deyə nəşr yazıb.
Bildirilir ki, “Arsenal” 28 yaşlı futbolçu üçün təxminən 80 milyon avroluq təklif gəldiyi halda, onu dinləməyə hazırdır.
Martin Subimendinin hazırkı müqaviləsi 2029/2030 mövsümünün sonuna qədər qüvvədədir. Dünya çempionu fevral ayında 28 yaşını tamamlayacaq.