- Transfer
- 23:14 25.09.2026
Bir neçə il əvvəl “Mançester Siti” maliyyə qaydalarının 115 pozuntusunda ittiham olunub.
90deqiqe.Az-ın “Sport"a istinadən məlumatına görə, bu gün “şəhərlilər”in bu pozuntuların 114-də təqsirli bilinilib.
Premyer Liqa klubuna tətbiq olunacaq cəza hələ müəyyənləşdirilməyib. Eyni zamanda, “Mançester Siti”nin apellyasiya şikayəti verməyə hazırlaşdığı bildirilir.
Bütün Avropa futbolu “Mançester Siti” ətrafında baş verənləri diqqətlə izləyir. Klub ciddi idman və maliyyə nəticələri ilə üzləşə bilər.
“Real Madrid”in prezidenti Florentino Peres yaranmış vəziyyətdən istifadə edərək “Mançester Siti”nin üç futbolçusunu Madridə gətirməyi planlaşdırır.
Madrid klubunun əsas hədəfi Erlinq Holanddır. Norveçli hücumçunun adı uzun müddətdir “Real Madrid”lə hallanır. Lakin hücum xəttindəki sıxlıq səbəbindən Holandın hazırda Madrid klubunun heyətinə cəlb edilməsi çətin görünür.
Florentino Peresin diqqətində olan digər “Mançester Siti” futbolçuları isə Rayan Şerki və Yoşko Qvardioldur.