- Transfer
- 01:05 26.09.2026
“Komo”nun mərkəz müdafiəçisi Xakobo Ramon yaxın zamanda Madrid “Real”ına qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu Sesk Fabreqasın rəhbərlik etdiyi komandanın əsas heyətində möhkəmlənib. Lakin “Real Madrid” gələn il öz yetirməsini geri qaytarmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
Transferin 8-9 milyon avroya başa gələcəyi bildirilir. Bu məbləğ Madrid klubunun futbolçunu göndərərkən “Como” ilə razılaşdırdığı geri satınalma bəndi sayəsində mümkün olacaq.
Xakobo Ramon 2025-ci ilin yayında “Como”ya keçib. O vaxtdan etibarən ispaniyalı futbolçu İtaliya klubunun heyətində 43 matç keçirib və 3 qol vurub.