- Transfer
- 16:01 26.09.2026
“Ştutqart”ın mərkəz müdafiəçisi Finn Yelç karyerasını Madrid “Real”ında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Diario AS” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Real Madrid” Din Heysen və İbraima Konatenin transferlərinə baxmayaraq, müdafiənin mərkəzini gücləndirmək istiqamətində işlərini davam etdirir.
Bildirilir ki, hazırda Madrid klubunun müdafiəçiyə təcili ehtiyacı yoxdur. Lakin mövsümün sonunda Antonio Rüdigerin müqaviləsinin müddəti başa çatacaq. Həmçinin tez-tez zədələnən Eder Militaonun vəziyyəti ilə bağlı müəyyən şübhələr var.
Yelç bu mövsüm bütün turnirlər nəzərə alınmaqla altı oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı müdafiəçinin transfer dəyərini 35 milyon avro qiymətləndirir.