- Transfer
- 16:01 26.09.2026
“Kristal Pelas”ın müdafiəçisi Tayrik Mitçell yanvar transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Ekrem Konur sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilir ki, futbolçu uğrunda mübarizədə “Mançester Yunayted” öndədir. “Liverpul” və “Çelsi” də Mitçellə maraqlanır. Daha əvvəl Turin “Yuventus”unun da müdafiəçiyə maraq göstərdiyi barədə məlumat yayılmışdı.
Potensial transferin məbləğinin 23-28 milyon avro arasında olacağı bildirilir.
Mitçell bu mövsüm İngiltərə Premyer Liqasında beş oyunda meydana çıxıb və iki qol vurub. Müdafiəçinin “Kristal Pelas”la müqaviləsi gələn ilin yayında başa çatır.