- Transfer
- 19:28 26.09.2026
“Liverpul” heyətini gücləndirmək üçün planlar qurur.
90deqiqe.Az-ın “Football Insider"ə istinadən məlumatına görə, Mersisayd klubu “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuamenini transfer etməyə cəhd göstərə bilər.
“Liverpul” fransalı futbolçunun transferi üçün 2027-ci ildə addım ata bilər. İngiltərə klubu yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
Bununla belə, Tçuameninin “Real Madrid”də mühüm rol oynaması səbəbindən bu transferi həyata keçirmək çətin olacaq.
“Transfermarkt” portalı 26 yaşlı Orelyen Tçuameninin transfer dəyərini 70 milyon avro qiymətləndirir. Fransalı futbolçu “Real Madrid”in heyətində 199 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.