- Transfer
- 01:01 27.09.2026
İtaliyanın “Fiorentina” klubu “Tottenhem”in müdafiəçisi Destiny Udojini qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “SportsMole” məlumat yayıb.
İtaliya klubunun idman direktoru Fabio Paratiçi 23 yaşlı futbolçunun A Seriyasına qayıtmasında şəxsən maraqlıdır. Paratiçi daha əvvəl “Tottenhem”də çalışıb və 2022-ci ildə Udojinin London klubuna transferini təşkil edib.
“Fiorentina” çarpaz bağ zədəsi alan Fabiano Parizinin yoxluğundan sonra sol cinah müdafiəçisi mövqeyində problem yaşayır. Klub hazırda bu mövqedə mərkəz müdafiəçiləri Vyer və Viktor Valdepenyasdan istifadə edir.
Udoji isə cari mövsümdə “Tottenhem”in əsas heyətindəki yerini itirib. Müdafiəçi İngiltərə Premyer Liqasında 5 oyunda meydana çıxıb və yalnız bir matçda start heyətində yer alıb.