27 sentyabr 2026. Bazar günü

“Yuventus” üç futbolçunun transferini nəzərdən keçirir


  • Transfer
  • 08:03 27.09.2026
  • Oxunma sayı: 10
“Yuventus” üç futbolçunun transferini nəzərdən keçirir

“Yuventus” gələn mövsüm üçün heyətini gücləndirmə variantlarını nəzərdən keçirir.

90deqiqe.Az-ın “La Gazzetta dello Spor"a istinadən məlumatına görə, Turin klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç, “Leypsiq”in sol cinah müdafiəçisi David Raum və “Milan”ın müdafiəçisi Fikayo Tomoriyə maraq göstərir.

Məlumata görə, “Yuventus” mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçularla mümkün transferlər üzrə danışıqları əvvəlcədən hazırlamaq istəyir.

Klub Çempionlar Liqasına vəsiqə qazana bilmədikdən sonra yaranan maliyyə məhdudiyyətləri fonunda xüsusilə azad agent statusunda olacaq futbolçularla maraqlanır.

Qeyd edək ki, “Yuventus” son illərdə bu tip transferlər üzrə uğurlu iş aparıb. “Football Italia” buna Conatan Devidin transferini nümunə göstərir.







Transfer