- Transfer
- 21:00 27.09.2026
Meksika millisinin 17 yaşlı futbolçusu Qilberto Mora Avropanın nəhəng klublarının diqqətini yenidən öz üzərinə çəkib.
90deqiqe.Az-ın məlumatına görə, “Kolumbiya” ilə yoldaşlıq oyununda fərqlənən gənc futbolçu tarixə düşüb. 1:1 hesabı ilə başa çatan matçda Mora cərimə meydançasına daxil olaraq iki rəqibini geridə qoyub və topu yaxın küncə göndərib.
Bununla da o, Meksika millisinin tarixində qol vuran ən gənc futbolçu olub. Mora bunu 17 yaş 347 günlük olarkən bacarıb.
“Real Madrid” və “Barselona” gənc futbolçunun çıxışını yaxından izləyir. Hər iki klubun onunla maraqlandığı bildirilir.
Qeyd edək ki, Mora bu yaxınlarda “Tijuana” ilə müqaviləsini yeniləyib. Nəşr yazır ki, bu addım futbolçunun yaxın transfer pəncərələrində Avropaya mümkün keçidi öncəsi klub tərəfindən atılan strateji qərardır.