- Transfer
- 21:00 27.09.2026
“Real Madrid”in yetirməsi, hazırda “Komo”da çıxış edən Yakobo Ramon Madrid klubuna qayıtmağı hələlik düşünmür.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
21 yaşlı müdafiəçi 2025-ci ilin yayında “Real Madrid”dən ayrılıb. “Komo” onun transfer hüquqlarının 50 faizini 2,5 milyon avroya əldə edib. İtaliya klubunda keçirdiyi ilk mövsümdən sonra Ramon ciddi inkişaf edərək komandanın əsas müdafiəçilərindən birinə çevrilib.
Futbolçunun sürətli inkişafı “Real Madrid” rəhbərliyini onun geri qaytarılması barədə düşünməyə vadar edib. Madrid təmsilçisi ötən yay da müdafiəçini yenidən transfer etmək istəyib. Lakin Ramon bu təklifi qəbul etməyib.
Mövsüm başa çatdıqdan sonra “Real Madrid”in futbolçunu 9 milyon avroya geri qaytarmaq hüququ olacaq. Bununla belə, son qərarın Ramona məxsus olduğu bildirilir.
“Real Madrid”ə bağlılığına baxmayaraq, müdafiəçi inkişafını “Komo”da davam etdirmək niyyətindədir. Onun əsas prioriteti müntəzəm oynamaq və komandada mühüm rola sahib olmaqdır.