- Transfer
- 23:12 28.09.2026
İtaliyanın “Yuventus” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
90deqiqe.Az Turin təmsilçisinin rrəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper Neto ilə birillik müqavilə imzalanıb.
37 yaşlı qapıçı 2015-2017-ci illərdə də “Yuventus”un formasını geyinib. Həmin müddətdə komandanın heyətində 22 oyuna çıxan Neto iki dəfə İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu və bir dəfə İtaliya Superkubokunu qazanıb.
Neto son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib və yayda azad agent kimi komandadan ayrılıb. O, karyerası ərzində İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” klublarında da oynayıb.
Qeyd edək ki, “Yuventus” yay transfer pəncərəsində Almaniyanın “Volfsburq” klubundan Kamil Qrabarını icarəyə götürüb. Polşalı qapıçı Turin təmsilçisinin heyətində cəmi bir matç keçirib. Daha sonra dizinin çarpaz bağlarının zədələnməsi səbəbindən uzun müddətə sıradan çıxıb.