28 sentyabr 2026. Bazar ertəsi

Sterlinq klub tapa bilmir


  • Transfer
  • 22:44 28.09.2026
  • Oxunma sayı: 47
Sterlinq klub tapa bilmir

İngiltərə millisinin sabiq vingeri Rəhim Sterlinq yeni klub tapmaqda çətinlik çəkir.  

90deqiqe.Az-ın “Foot Mercato"ya istinadən məlumatına görə, 31 yaşlı futbolçu hazırda azad agent statusundadır.

Sterlinqin xidmətləri “Havr”a təklif olunub. Lakin Fransa klubu futbolçunu transfer etməkdən imtina edib. Komanda hesab edir ki, cinah oyunçuları baxımından kifayət qədər seçimə malikdir.

Fransa çempionatında çıxış edən daha bir klub da Sterlinqin nümayəndələrinin təklifini qəbul etməyib.

Qeyd edək ki, futbolçu fevral ayında “Feyenoord”a keçsə də, əsas heyətdə möhkəmlənə bilməyib və mövsümün sonunda komandanı tərk edib.

Sterlinqin meydandan kənarda da problemləri olub. O, yaxın zamanda təhlükəli avtomobil idarə etmə və azot-1-oksiddən istifadə ilə bağlı təqsirini etiraf edib.

Fransa klublarının imtinasına baxmayaraq, Sterlinq İngiltərədən kənarda yeni komanda tapacağına ümidini itirməyib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir