28 sentyabr 2026. Bazar ertəsi

“Yuventus” “İnter”in ulduzuna göz dikdi


  • Transfer
  • 22:51 28.09.2026
  • Oxunma sayı: 29
“Yuventus” “İnter”in ulduzuna göz dikdi

“Yuventus” “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun vəziyyətini izləyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Calciomercato” məlumat yayıb.

32 yaşlı türkiyəli futbolçunun “İnter”lə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Lakin mənbənin məlumatına görə, tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlarda razılığa gələ bilməyiblər.

“Yuventus” tərəflər arasında razılaşma əldə olunmayacağı təqdirdə Çalhanoğlunu transfer etmək variantını nəzərdən keçirir.

Türkiyəli futbolçuya Super Liqa klublarının da marağı var. Çalhanoğlu 2017-ci ildən İtaliyada çıxış edir. O, əvvəlcə “Milan”da dörd mövsüm keçirib, 2021-ci ilin yayında isə azad agent kimi “İnter”ə keçib.

Çalhanoğlu “İnter”in heyətində iki dəfə A Seriyasının, üç dəfə İtaliya Kubokunun və üç dəfə İtaliya Superkubokunun qalibi olub. O, həmçinin iki dəfə Çempionlar Liqasının finalında oynayıb.

Futbolçu cari mövsümdə bütün turnirlərdə 4 matç keçirib və 2 qol vurub. Hazırda Çalhanoğlu zədəsini bərpa edir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir