28 sentyabr 2026. Bazar ertəsi

“Sportinq”in müdafiəçisi “Milan”la razılaşdı


  • Transfer
  • 22:56 28.09.2026
  • Oxunma sayı: 33
“Sportinq”in müdafiəçisi “Milan”la razılaşdı

“Milan”  “Sportinq” və Portuqaliya millisinin müdafiəçisi Qonsalu İnasio ilə transfer razılaşmasına nail olub.

90deqiqe.Az-ın “Calciomercato"ya istinadən məlumatına görə, transferin məbləği 40 milyon avro təşkil edəcək. Bildirilir ki, futbolçu ötən ilin yayında da “rossoneri”yə keçməli idi. Lakin “Sportinq” İnasioya vaxtında adekvat əvəzləyici tapa bilmədiyi üçün transfer baş tutmayıb.

İnasionun qış transfer pəncərəsində İtaliya klubuna keçəcəyi gözlənilir.

25 yaşlı müdafiəçi Lissabon ətrafında doğulub və “Sportinq”in yetirməsidir. İnasio doğma klubunun heyətində artıq 200-ə yaxın matç keçirib. O, həmçinin Portuqaliya millisinin formasını 21 dəfə geyinib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir