13 noyabr 2026. Cümə

“Mançester Yunayted” “Liverpul”un 16 yaşlı futbolçusunu transfer etdi


  • Transfer
  • 23:12 28.09.2026
  • Oxunma sayı: 308
“Mançester Yunayted” “Liverpul”un 16 yaşlı futbolçusunu transfer etdi

İngiltərənin “Mançester Yunayted” klubu “Liverpul”un yetirməsi İsaak Konde ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

16 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Liverpul”un U-18 komandasında 6 oyunda meydana çıxıb. O, həmin görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 5 turdan sonra 5 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda 6-cı turda oktyabrın 10-da “Tottenhem”lə qarşılaşacaq.







Transfer