29 sentyabr 2026. Çərşənbə axşamı

“Arsenal”ın sabiq futbolçusu Yunanıstan klubunda


  • Transfer
  • 21:27 29.09.2026
  • Oxunma sayı: 23
“Arsenal”ın sabiq futbolçusu Yunanıstan klubunda

Misir milli komandasının yarımmüdafiəçisi Məhəmməd Əlneni Yunanıstanın “Levadiakos” klubuna keçib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.

34 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubundan ayrıldıqdan sonra azad agent statusu alıb. “Levadiakos” Əlneni ilə imzalanan müqavilənin şərtlərini hələlik açıqlamayıb.

Karyerası ərzində “Bazel” (İsveçrə), “Arsenal” (İngiltərə) və “Beşiktaş” (Türkiyə) kimi klublarda çıxış edən futbolçunun hazırkı bazar dəyəri “Transfermarkt” portalı tərəfindən 1,2 milyon avro qiymətləndirilir.

“Levadiakos” hazırda Yunanıstan çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Əlneni yeni komandasında ilk oyununa oktyabrın 11-də çıxa bilər. Həmin gün “Levadiakos” çempionat matçında “İraklis”lə qarşılaşacaq.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir