- Transfer
- 21:30 29.09.2026
Almaniya nəhəngi “Bavariya”nın sabiq kapitanı Tomas Müller “Vankuver Uaytkaps” klubu ilə müqaviləsini uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kanada təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2027-ci ilin qısaldılmış mövsümünün sonuna qədər qüvvədə olacaq. Müqavilənin müddətinin bu şəkildə müəyyənləşdirilməsi liqanın oyun təqviminin “payız-yaz” sisteminə keçməsi ilə əlaqədardır.
Müller yeni müqavilə ilə bağlı fikirlərini də bölüşüb:
“Burada keçirdiyim vaxtdan ilk gündən zövq alıram. Klub mənə qarşı diqqətli və xoş münasibət göstərib. Biz topa nəzarətə əsaslanan hücum futbolu oynayırıq. Belə futbolu həm oynamaq, həm də izləmək əyləncəlidir. Düşünürəm ki, azarkeşlər də bundan razıdır”.
Alman futbolçu cari mövsümdə 32 oyunda meydana çıxıb. O, bu matçlarda 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Tomas Müller Almaniya futbolu tarixinin ən titullu futbolçusudur.