30 sentyabr 2026. Çərşənbə

Ferran Torres Dani Olmonu PSJ-yə keçməyə razı salmağa çalışır


  • Transfer
  • 22:18 30.09.2026
  • Oxunma sayı: 34
Ferran Torres Dani Olmonu PSJ-yə keçməyə razı salmağa çalışır

“Barselona”nın hücumçusu Ferran Torres komanda yoldaşı Dani Olmonun PSJ-yə transferinə vasitəçilik edir.

90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə,Torres bu dəfə Dani Olmonu Paris klubuna keçməyə inandırmaq istəyir.

Məlumata görə, PSJ-nin baş məşqçisi Luis Enrike klub prezidenti Nasser Əl-Xələifiyə Olmonun transferini nəzərdən keçirməyi tövsiyə edib. Ferran Torresin isə keçidin reallaşması üçün vasitəçi rolunu üzərinə götürdüyü bildirilir.

İddialara əsasən, Torres İspaniya millisinin düşərgəsində birlikdə olduğu Olmoya PSJ variantından artıq söz açıb.

Dani Olmonun “Barselona”da əsas heyətin dəyişilməz üzvü olmaması da onun mümkün transferinə təsir edən amillərdən biri kimi göstərilir.

28 yaşlı futbolçuya PSJ ilə yanaşı, Almaniyanın “Bavariya” klubu və İngiltərə Premyer Liqasının bir sıra komandalarının da maraq göstərdiyi qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Torres “Barselona”nın digər ulduzu Pedrini də PSJ-yə keçməyə razı salmağa çalışıb.

“Transfermarkt” portalı Dani Olmonun bazar dəyərini 60 milyon avro qiymətləndirir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir