- Transfer
- 23:19 30.09.2026
“İnter”in yeni idman direktoru Dario Baççin klubun yaxın transfer pəncərələrində heyətinə qatmağı nəzərdən keçirə biləcəyi futbolçuların siyahısını formalaşdırmağa başlayıb.
90deqiqe.Az-ın “Quotidiano Sportivo"ya istinadən məlumatına görə, Milan təmsilçisi “Napoli”nin qapıçısı Aleks Mereti izləyir.
Bundan başqa, “İnter” İtaliya pasportuna sahib “River Pleyt”in qapıçısı Santyaqo Beltranla da maraqlanır. Onun klubla müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.
Müdafiə xəttində isə “İnter” Premyer Liqada çıxış edən futbolçuları izləməyə davam edir. Milan klubunun maraq dairəsində “Kristal Pelas”ın 26 yaşlı müdafiəçisi Kris Riçards da yer alır.
“İnter” həmçinin gələn yay müqaviləsi başa çatacaq “Fulhem”in müdafiəçisi Kelvin Basseyinin transfer variantını nəzərdən keçirir.
Yarımmüdafiə və hücum xəttində isə “İnter” bəzi futbolçular uğrunda “Yuventus”la rəqabət apara bilər.
Namizədlər arasında “Fiorentina”nın 22 yaşlı futbolçusu Şer Ndur da var. Onun transfer qiymətinin təxminən 30 milyon avro olduğu bildirilir.
Milan klubunun digər namizədi isə Dortmund “Borussiya”sının 18 yaşlı futbolçusu Samuele İnaçiodur.