1 oktyabr 2026. Cümə axşamı

Rodri İspaniya millisindən komanda yoldaşını “Barselona”ya gətirmək istəyir


  • Transfer
  • 23:19 30.09.2026
  • Oxunma sayı: 34
Rodri İspaniya millisindən komanda yoldaşını “Barselona”ya gətirmək istəyir

Yarımmüdafiəçi Rodri İspaniya millisindəki komanda yoldaşı Aleks Baenanı “Barselona”ya keçməyə razı salmağa çalışır.

90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, söhbət hazırda “Atletiko”da çıxış edən hücumameyilli yarımmüdafiəçidən gedir.

 Rodri Baenanı yüksək səviyyəli futbolçu hesab edir. 2024-cü ilin “Qızıl top”unun sahibi artıq Aleks Baenanı “Kamp Nou”ya keçməyə razı salmağa çalışır.

Lakin transferi reallaşdırmaq çətin olacaq. Çünki “Atletiko”nun futbolçunu buraxmaya biləcəyi bildirilir.

Qeyd olunur ki, “Barselona” daha əvvəl də Baenanın transferini nəzərdən keçirib. Bu, futbolçunun “Vilyarreal”ı təmsil etdiyi dövrə təsadüf edib.

25 yaşlı Aleks Baenanın transfer dəyəri nüfuzlu “Transfermarkt” portalı tərəfindən 40 milyon avro qiymətləndirilir.

 







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir