1 oktyabr 2026. Cümə axşamı

Lionel Messi İspaniya klubunun sahibi oldu


  • Transfer
  • 22:44 01.10.2026
  • Oxunma sayı: 51
Lionel Messi İspaniya klubunun sahibi oldu

Dünya futbolunun ulduzu Lionel Messi İspaniyanın ikinci liqasında çıxış edən “Eldense” klubunun sahibi olub.

 90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Klubun açıqlamasında bildirilib:

“İdman tarixinin ən mühüm simalarından birinin “Eldense” klubunun sahibi kimi İspaniya peşəkar futboluna gəlişi klubun idman, institusional və sosial inkişafına yönəlmiş uzunmüddətli layihənin başlanğıcıdır”.

“Eldense” klubu heç vaxt İspaniyanın yüksək liqasında – La Liqada çıxış etməyib. Komanda 1921-ci ildə yaradılıb.

Messi isə futbolçu karyerasını ABŞ-ın MLS liqasında çıxış edən “İnter Mayami”də davam etdirir.







Transfer