- Transfer
- 23:58 01.10.2026
“Arsenal” “Komo”nun hücumameyilli yarımmüdafiəçisi Niko Pası izləyir və yanvar transfer pəncərəsində onun transferi üçün təklif göndərə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “El Desmarque” məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid “Real”ı 22 yaşlı futbolçunun London klubuna mümkün keçidinə mane ola bilər. “Komo”nun Pası “Real”dan 60 milyon avroya transfer etməsinə baxmayaraq, Madrid klubu 2027-ci ilin yayında futbolçunu 80 milyon avroya geri qaytarmaq hüququna malikdir.
Pas cari mövsümdə bütün turnirlərdə 6 oyunda iştirak edib. O, bu görüşlərdə 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Komo” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, Pasın bazar dəyəri 80 milyon avrodur.