- Transfer
- 00:21 04.10.2026
“Tottenhem” və “Aston Villa” “Bavariya”nın müdafiəçisi Kim Min-Ce üçün tələb edə biləcəyi məbləği öyrənib.
90deqiqe.Az-ın “Sports Mole"yə istinadən məlumatına görə, Münhen klubu 29 yaşlı koreyalı futbolçunun transferinə 34,5 milyon avro qarşılığında razılaşa bilər.
Kim Min-Ce 2023-cü ildən “Bavariya”da çıxış edir. O, həmin vaxt “Napoli”dən Almaniya klubuna keçib və bu müddət ərzində Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 121 rəsmi oyuna çıxıb.
Lakin müdafiəçi bu mövsüm əsas heyətdə yerini təmin edə bilməyib. Baş məşqçi Vensan Kompani Kim Min-Cedən daha çox Conatan Ta və Dayo Upamekanoya üstünlük verir.
Məlumata görə, “Bavariya” uyğun əvəzləyici tapa biləcəyi təqdirdə Kim Min-Cenin satışını nəzərdən keçirməyə hazırdır. Bununla belə, futbolçunun yanvarda deyil, yay transfer pəncərəsində komandadan ayrılması daha real hesab olunur.
Qeyd edək ki, Kim Min-Cenin “Bavariya” ilə müqaviləsinin başa çatmasına iki ildən az müddət qalıb.