4 oktyabr 2026. Bazar günü

Riyad Mahrez karyerasını Qətərdə davam etdirəcək


  • Transfer
  • 00:21 04.10.2026
  • Oxunma sayı: 57
Riyad Mahrez karyerasını Qətərdə davam etdirəcək

Əlcəzair millisinin və “Əl-Əhli”nin sabiq futbolçusu Riyad Mahrez karyerasını Qətərdə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

O 35 yaşlı hücumçunun “Əl-Şamal” klubu ilə müqavilə barədə razılığa gəldiyini bildirib. Transferin yaxın zamanda rəsmi açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mahrez son üç mövsümdə Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli”nin formasını geyinib. Bundan əvvəl isə o, İngiltərə Premyer Liqasında “Mançester Siti” və “Lester”in, Fransada isə “Havr”ın heyətində çıxış edib.

Mahrez ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 27 oyuna çıxıb. Təcrübəli futbolçu bu görüşlərdə 4 qol vurub və 8 məhsuldar ötürmə edib.







Transfer