4 oktyabr 2026. Bazar günü

“Liverpul” "Barselona"nın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 08:22 04.10.2026
  • Oxunma sayı: 11
“Liverpul” "Barselona"nın futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Liverpul” klubu “Barselona”nın yarımmüdafiəçisi Mark Bernalla maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisi 19 yaşlı futbolçunu artıq qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.

Bernalın “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı ispaniyalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Bernal bu mövsüm bütün turnirlərdə 8 oyunda meydana çıxıb. Əsasən sonradan oyuna daxil olan yarımmüdafiəçi bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.







Transfer