- Transfer
- 10:16 04.10.2026
“Arsenal” qış transfer pəncərəsində “Leypsiq”in norveçli yarımmüdafiəçisi Antonio Nusa üçün rəsmi təklif göndərməyə hazırlaşır.
90deqiqe.Az-ın “Fussball"a istinadən məlumatına görə, İngiltərə çempionu 21 yaşlı futbolçunu uzun müddətdir izləyir. Nusa Bundesliqadakı çıxışı ilə diqqət çəkib və Şimali Amerikada keçirilən son dünya çempionatında da özünü yaxşı tərəfdən göstərib.
Məlumata görə, “Arsenal” norveçli futbolçu üçün təxminən 40 milyon avro ödəməyə hazırdır.
Qeyd olunur ki, Nusa ilə “Tottenhem” də maraqlanır və London klubu futbolçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Antonio Nusa bu mövsüm “RB Leypsiq”in heyətində Bundesliqada 4 oyuna çıxıb. 21 yaşlı yarımmüdafiəçi həmin görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib.