4 oktyabr 2026. Bazar günü

“Qalatasaray” “Real Madrid”in futbolçusu üçün hərəkətə keçdi


  • Transfer
  • 10:16 04.10.2026
  • Oxunma sayı: 12
“Qalatasaray” “Real Madrid”in futbolçusu üçün hərəkətə keçdi

“Qalatasaray” Madrid “Real”ının və Mərakeş millisinin yarımmüdafiəçisi Brahim Diası heyətinə qatmaq üçün mübarizəyə qoşulub.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyə çempionu qarşıdakı qış transfer pəncərəsində 27 yaşlı futbolçunu transfer etməyə çalışacaq.

Diasın “Real Madrid”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin tərəflər yeni sözləşmə ilə bağlı hələ razılığa gəlməyiblər.

Mərakeşli futbolçuya İtaliyanın “Milan” klubu da maraq göstərir.

Mütəxəssislər Brahim Diasın transfer dəyərini 35 milyon avro qiymətləndirirlər.

Qeyd edək ki, Dias bu mövsüm La Liqada “Real Madrid”in heyətində cəmi 3 oyunda meydana çıxıb.







Transfer