4 oktyabr 2026. Bazar günü

“Barselona” “Fiorentina”nın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 11:32 04.10.2026
  • Oxunma sayı: 12
“Barselona” “Fiorentina”nın müdafiəçisini transfer etmək istəyir

“Barselona” növbəti yay transfer pəncərəsində “Fiorentina”nın müdafiəçisi Dodo ilə maraqlanır.

90deqiqe.Az-ın “Gazzetta dello Sport"a istinadən məlumatına görə, Kataloniya klubu 27 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir. Dodo hazırda Florensiya təmsilçisi ilə yeni müqavilə barədə razılığa gəlməyib.

 Dodo ilə “Barselona”dan başqa “Milan” və Turin “Yuventus”u da maraqlanır.

Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ildən “Fiorentina”nın formasını geyinir. Müdafiəçinin “Fiorentina” ilə hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

O, ötən mövsüm İtaliya çempionatında 36 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer