- Transfer
- 11:57 04.10.2026
“Freiburq” və Xorvatiya millisinin hücumçusu İqor Matanoviç İngiltərənin bir neçə klubunun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın “Caught Offside"yə istinadən məlumatına görə, 23 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” maraqlanır.
Məlumata görə, “Freiburq” Matanoviçi satmağa hazırdır. Almaniya klubu xorvatiyalı hücumçunun transferindən təxminən 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Matanoviç daha əvvəl “Ayntraxt”, “Karlsrue” və “Sankt-Pauli”nin formasını geyinib.
23 yaşlı futbolçu bu mövsüm “Freiburq”un heyətində Bundesliqada 4 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 1 məhsuldar ötürmə edib.