4 oktyabr 2026. Bazar günü

“Tottenhem” Kulusevskinin müqaviləsini uzatmaq istəyir


  • Transfer
  • 13:03 04.10.2026
  • Oxunma sayı: 10
“Tottenhem” Kulusevskinin müqaviləsini uzatmaq istəyir

“Tottenhem” İsveç millisinin yarımmüdafiəçisi Dejan Kulusevskinin müqaviləsini uzatmaq niyyətindədir.

90deqiqe.Az-ın “Football Insider"ə istinadən məlumatına görə, London klubu uzun müddətdir zədə səbəbindən meydanlardan uzaq qalan 26 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq variantını müzakirə etməyə hazırdır.

Kulusevski sonuncu dəfə 2025-ci ilin mayında meydana çıxıb. Onun “Tottenhem”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, isveçli yarımmüdafiəçi daha əvvəl İtaliya A Seriyasında “Yuventus”, “Atalanta” və “Parma”nın formasını geyinib.

Kulusevski hazırda dizindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir. Futbolçu artıq komanda ilə ümumi məşqlərə başlayıb və yaxın vaxtlarda rəsmi matçda meydana çıxa bilər.







Transfer