4 oktyabr 2026. Bazar günü

“Yuventus” “Liverpul”un müdafiəçisi ilə maraqlanır


  • Transfer
  • 18:00 04.10.2026
  • Oxunma sayı: 43
“Yuventus” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

İtaliyanın “Yuventus” klubu “Liverpul”un müdafiəçisi Covanni Leoni ilə maraqlanmaqda davam edir.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi daha əvvəl Leonini icarəyə götürmək imkanını araşdırıb. Lakin “Liverpul” futbolçunun komandadan ayrılmasına razılıq verməyib.

Buna baxmayaraq, “Yuventus” 20 yaşlı müdafiəçini heyətinə qatmaq fikrindən daşınmayıb. Klubun idman direktoru Marko Ottolini və texniki direktor Frederik Massara Leoninin zədəsini sağaltmasından sonra onun oyunlarını mütəmadi izləmək üçün skautları matçlara göndərməyi planlaşdırırlar.

Qeyd edək ki, mərkəz müdafiəçisi 2025-ci ilin yayından “Liverpul”un futbolçusudur. Onun İngiltərə klubunun heyətində aktivində bir oyun var.

Leoni daha əvvəl İtaliyanın “Parma” və “Sampdoriya” komandalarında çıxış edib.







Transfer