- Transfer
- 18:20 04.10.2026
“Tottenhem”də çıxış edən Niderland millisinin müdafiəçisi Mikki van de Ven karyerasını başqa İngiltərə klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Insider"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu ilə “Liverpul” maraqlanır. Mersisayd təmsilçisi van de Venin transferini gələn ilin yanvarında və ya yay transfer pəncərəsində həyata keçirə bilər.
“Tottenhem” isə komandanın əsas müdafiəçilərindən biri olan futbolçu ilə yollarını ayırmaq istəmir.
Qeyd edək ki, van de Ven 2023-cü ilin avqustundan London klubunun formasını geyinir. Onun “Tottenhem”lə müqaviləsi 2031-ci ilin iyununun sonuna qədər qüvvədədir.
“Transfermarkt” niderlandlı müdafiəçinin hazırkı bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Van de Ven cari mövsümdə İngiltərə Premyer Liqasında dörd oyunda meydana çıxıb və bir sarı vərəqə alıb.