- Transfer
- 18:20 04.10.2026
“Real” klubu heyətini gücləndirmək üçün transfer planları üzərində çalışır.
90deqiqe.Az-ın “Corriere dello Sport"a istinadən məlumatına görə, Madrid təmsilçisi gələn yay “Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Kənan Yıldızı transfer etməyə cəhd göstərə bilər.
İtaliya klubu 21 yaşlı futbolçunun transfer qiymətini 100 milyon avro müəyyənləşdirib. Türkiyəli futbolçuyla “Real”la yanaşı, “Arsenal” və “Bavariya” kimi nəhəng klubların da maraqlandığı bildirilir.
Qeyd edək ki, Kənan Yıldız zədə səbəbindən cari mövsümdə yalnız bir oyunda meydana çıxıb. Futbolçu yayın sonunda aldığı sınıq səbəbindən cərrahi əməliyyat keçirib.
Yıldız “Yuventus”un əsas komandasında ümumilikdə 132 matçda iştirak edib. O, bu görüşlərdə 27 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.