5 oktyabr 2026. Bazar ertəsi

“Liverpul” və “Arsenal”la birlikdə “Çelsi” də onun peşində


  • Transfer
  • 01:04 05.10.2026
  • Oxunma sayı: 43
“Liverpul” və “Arsenal”la birlikdə “Çelsi” də onun peşində

“Çelsi” “Bornmut” və İngiltərə millisinin yarımmüdafiəçisi Aleks Skottun transferi uğrunda mübarizədə əsas namizəd hesab olunur.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb.

London klubu 23 yaşlı futbolçuya marağını davam etdirir. “Bornmut” yay transfer pəncərəsində Skott üçün edilən bir neçə təklifi, o cümlədən dəyəri 60 milyon funt sterlinqdən çox olan son təklifi də rədd edib.

 “Çelsi”nin qış və yay transfer pəncərələrində yarımmüdafiə xəttini gücləndirmək niyyətində olduğu bildirilir. Bununla belə, “Bornmut” Skottu qış transfer pəncərəsində satmaq istəmir.

Futbolçuya “Liverpul” və “Arsenal” da maraq göstərir. “Bornmut” daha əvvəl yarımmüdafiəçi ilə müqaviləni uzatmağa çalışsa da, danışıqlarda irəliləyiş əldə olunmayıb. Mövsümün sonunda Skottun hazırkı müqaviləsinin başa çatmasına bir il qalacaq.

Qeyd edək ki, Aleks Skott ötən günlərdə İngiltərə millisinin start heyətində ilk oyununa çıxıb. O, Xorvatiyanı 7:0 hesabı ilə məğlub etdikləri görüşdə 70 dəqiqə meydanda olub. Futbolçu bu matçdan sonra baş məşqçi Tomas Tuxelin yüksək qiymətini qazanıb.







Transfer