6 oktyabr 2026. Çərşənbə axşamı

“Atletiko” və “Yuventus” “Arsenal”ın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:05 05.10.2026
  • Oxunma sayı: 61
“Atletiko” və “Yuventus” “Arsenal”ın futbolçusunu transfer etmək istəyir

 İngiltərə millisinin və “Arsenal”ın hücumçusu Noni Madueke karyerasını başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb. 

“Atletiko” və “Yuventus” ingilis futbolçunun xidmətində maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

24 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada “Arsenal”ın start heyətində heç bir oyuna çıxmayıb. Madueke yalnız İngiltərə Superkuboku və Liqa Kubokunda ilk dəqiqələrdən meydana daxil olub. Çempionat matçlarında isə əsasən sonradan oyuna qoşulub.

Madueke ötən mövsüm Premyer Liqada “Arsenal”ın start heyətində 16 dəfə yer alıb. Futbolçu dizindən aldığı zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan kənarda qalıb.

Cari mövsümdə isə “Arsenal”ın hücum xəttində rəqabət daha da artıb. Buna Xristos Tzolisin komandaya transfer olunması, həmçinin Maks Doumanın heyətdə yer alması səbəb olub.

Qeyd edək ki, Madueke ötən yay “Çelsi”dən “Arsenal”a 56 milyon avro qarşılığında keçib.







Transfer