- Transfer
- 22:16 05.10.2026
“Tottenhem” Niderland millisinin düşərgəsində zədə alan müdafiəçiləri Miki van de Ven və Yan-Paulo van Hekkenin durumundan narahatlığa əsas görmür.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “vi.nl” məlumat yayıb.
Niderland millisinin baş məşqçisi Xavi Ernandes oyundan sonra Van de Venin zədəsinin ciddi olmadığını bildirib:
“O, qaydasındadır. Barmağında güclü ağrı olduğu üçün başı gicəllənirdi. Lakin bu, ciddi zədə deyil”.
Yan-Paulo van Hekke də Serbiya ilə qarşılaşmada rəqiblə toqquşmadan sonra zədələnib. Onun da durumunun ciddi olmadığı bildirilir.
Hər iki müdafiəçinin oktyabrın 10-da Premyer Liqada “Mançester Yunayted”ə qarşı “Old Trafford”da keçiriləcək oyunda meydana çıxması istisna edilmir.
Qeyd edək ki, Van de Ven Millətlər Liqasının bazar günü keçirilən Serbiya ilə görüşündə (2:1) zədələnib. Müdafiəçi Serbiya millisinin hücumçusu Luka Yoviçlə toqquşub. Rəqib futbolçu təsadüfən bütün ağırlığı ilə onun qolunun üzərinə düşüb. Milli komandanın həkimi ilə məsləhətləşmədən sonra futbolçunun əvəzlənməsinə qərar verilib.
“Tottenhem” İngiltərə çempionatında 5 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb. Roberto De Zerbinin komandası hələ qələbə qazana bilməyib.