- Transfer
- 01:01 06.10.2026
“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominayın yenidən “Mançester Yunayted”ə qayıtması gündəmə gəlib.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, şotlandiyalı futbolçunun İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Lakin yeni sözləşmə ilə bağlı danışıqlar dalana dirənib. “Napoli” rəhbərliyi futbolçunun maliyyə tələblərini yüksək hesab edir.
Maktominay 2027-ci ilin yayında yetirməsi olduğu “Mançester Yunayted”ə qayıda bilər. “Napoli”nin 29 yaşlı yarımmüdafiəçinin transferi üçün 25-30 milyon avro tələb edəcəyi bildirilir.
Qeyd edək ki, “Mançester Yunayted” 2024-cü ilin yayında Maktominayı 30,5 milyon avro qarşılığında “Napoli”yə satıb.
“Transfermarkt” portalı şotlandiyalı futbolçunun hazırkı bazar dəyərini 40 milyon avro qiymətləndirir.