6 oktyabr 2026. Çərşənbə axşamı

“Lion” Opendanı transfer etmək istəyir


  • Transfer
  • 21:55 06.10.2026
  • Oxunma sayı: 29
“Lion” Opendanı transfer etmək istəyir

Fransanın “Lion” klubu mövsümün sonunda “Yuventus”un belçikalı hücumçusu Luïs Opendanı transfer etmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Saşa Tavolyeriyə istinadən məlumat yayılıb.

“Lion” Opendanın icarəsi üçün “Yuventus”a 3 milyon avro ödəyib. Müqavilədə futbolçunun satınalma maddəsi yer almayıb.

Klubun 25 yaşlı hücumçunu birdəfəlik transfer etməsi komandanın mövsümün nəticələrindən asılı olacaq. “Lion” Liqa 1-də ilk iki pillədən birini tutaraq Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, Opendanın transferi üçün “Yuventus”a təklif göndərə bilər.

Openda “Lion”da keçirdiyi 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Hazırda “Lion” Liqa 1-də 2-ci pillədə qərarlaşıb və lider “Monako”dan 2 xal geri qalır.







Transfer